loading
hotline012121 Hər zaman əlaqədəyik!

ÜSTÜNLÜKLƏR

GƏLƏCƏK BURADADIR!

Baha və mərkəzdən uzaq sözlərini, komfort, keyfiyyət və hər yerə yaxın sözləri ilə əvəz etməyin vaxtıdır.

Bakı Ağ Şəhərdə yerləşən, 3 hektar ərazidə inşa olunan “Baku City Residence Khatai” müştərilərin bütün tələblərini nəzərə alaraq tam yeni bir layihə qurdu.

Bakının ən populyar kafe və restoranları, fitnes və övladlarınızın səmərəli vaxt keçirəcək mərkəzləri ilə seçilən kompleks ailəniz üçündür. Sevdiklərinizin rahatlığını təmin edəcək vacib olan xidmətlər hazırladıq. Şəhərin mərkəzində yaşıllığa bürünmüş bir kompleks sizə sədəcə ev deyil, düşünülmüş həyat bəxş edir.

Müasir dizaynla göz zövqünüzü oxşamağa və keyfiyyətli tikinti ilə komfortunuzu təmin etməyə gəldik!

KEYFİYYƏT

  • Yüksək keyfiyyətli tikinti materialları
  • Keramoqranit plitələr ilə üzlənmiş gözəl və dəbdəbəli ventilyasiya olunan fasad
  • İzosistemli alüminium 3 qat şüşəli fransız tipli pəncərələr
  • Keyfiyyətli giriş metal seyf qapıları
  • Sürətli və rahat avropa istehsalı olan KONE markalı 16 ədəd sərnişin və 8 ədəd yük liftləri

Danışmaqla deyil, yaxşısı budur gəlib öz gözlərinizlə görüb əmin olasınız!

TƏHLÜKƏSİZLİK VƏ RAHATLIĞINIZ

  • 24/7 mühafizə xidməti
  • 65.1 m2-dan başlayan 2, 3 və 4 otaqlı mənzillər
  • 849 yerlik 3 mərtəbəli yeraltı parking
  • Yüksək tavan
  • Bakının ən sevilən KAFE VƏ RESTORANLARı
  • Sürətli və rahat avropa istehsalı olan KONE markalı 16 ədəd sərnişin və 8 ədəd yük liftləri
  • GENİŞ YAŞIL HƏYƏT
  • 2 günlük ehtiyatı olan su çəni
  • Generator
  • Kimyəvi təmizləmə
  • Uşağ bağçası
  • İdman kompleksi
  • Mağazalar
  • Enerji doldurma məntəqələri

STİMUL

Ağ Şəhərdə inşa edilən “Baku City Residence Khatai” yaşayış kompleksinin pəncərələrindən açılan mənzərə tək sakinlərin deyil, sərmayəçilərin də stimul mənbəyi olacağına əmin ola bilərsiniz. 

Xəzər dənizimizin görüntüsü və Bakının xəfif küləyindən başqa adam nə istər ki? Bu əsrarəngiz mənzərə ilə günü başlamaq da, bitirmək də gözəldir. BCR Khatai-nin coğrafi mövqeyi sizə Bakı bulvarına cəmi 10 dəqiqəyə çatmaq imkanı yaradır.

EKO-DOSTLUQ

Biz yaşıllığı sevirik və kompleksimizdə ekoloji cəhətdən təmiz bir mühit yaratmaq bizim əsas məqsədlərimizdəndir. Əminliklə deyə bilərik ki, təbiət dostu olduğumuzu kompleksimizə atdığınız ilk addımdan hiss edə bilərsiniz. Ərazidəki saysız-hesabsız yaşıl ağaclar təmiz havada yaxşıca dincəlməyinizə şərait yaradır. Bu, həmçinin o deməkdir ki, övladlarınız etibarlı və ekoloji baxımından təmiz mühitdə oynayır, vaxtını əyləncəli keçirir.

“Baku City Residence Khatai” – ailəniz üçündür!

Əslində hər birimiz ev deyil, problemlərin həllini axtarırıq. Mərkəzdən uzaqlıq, keyfiyyətsizlik, narahatlıq kimi problemlərin. Odur ki, ev axtarmaqla vaxtınızı itirməyin. “Baku City Residence Khatai” işi peşəkarlara həvalə etməyə səsləyir. Ağ şəhərdə sizi razı salacaq təkliflərlə mənzil sahibi olun ki, rahatlıq tapasınız. Axı evdəki komfort işdəki məhsuldarlığa səbəbdir.

Çıxarışla təmin olunan mənzillər Nəcəfqulu Rəfiyev küçəsi 25 ünvanında yerləşir. Paytaxtımızın gözəlliyinə başqa bir gözəllik qatan “Baku City Residence Khatai” arzularınızı gerçəkləşdirir!

“Baku City Residence Khatai” – Zövq, komfort, keyfiyyət!

Ağ şəhərdə cəmi 2670 manatdan başlayan mənzillər sizin olsun!